31 Oktyabr, 2011
"Qitə qatili" saatda 37 min km-lə yerə yaxınlaşır

"Apofis' meteorid 2036-cı ildə yer kürəsinə çırpıla bilər

Saatda 37 min km sürətlə yaxınlaşan 20 milyon tonluq meteoridin yer kürəsi ilə toqquşma riski 2012 və ya 2013-cü ildə dəqiqləşəcək.

Misir mifologiyasında pisliyin simvolu, qaranlıqlar və xaos tanrısı Apofisin adı verilən "Qitə qatili" ləqəbi daşıyan meteoritin yer kürəsinə doğru hərəkəti alimləri hərəkətə gətirib.

20 milyon tonluq, 300 metr diametrində Apofis adlı meteorit saatda 37 min km sürətlə yer kürəsinə yaxınlaşır. NASA-nın meteoriti dayandırması üçün 25 ili var.

Meteorit 2029-cu ildə yer kürəsinin 32 min kilometr yaxınlığından keçəcək. 13 Aprel 2036-cı ildə meteorit yer kürəsinə çırpıla bilər. Bu ehtimal 250 mində 1-dir. Hesablamalar qəti deyil. NASA-nın "Apofis'i hansı istiqamətə yönəldəcəyi bilinmir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!