31 Oktyabr, 2011
Türkiyəli müğənnidəın şok cavab

“Zəlzələ Məni maraqlandırmır!”

Simsar.az saytının haberler.com-a istinadən verdiyi xəbərə görə, Türkiyənin zəlzələ zamanı çətin günlər yaşadığı, yüzlərlə insanın dağıntılar altında qaldığı, hər yerdən Vana yardım edildiyi bir vaxtda türkiyəli sənətçi baş verən zəlzələyə biganə yanaşıb.

Məşhur müğənni Volkan Konak Arnavutköydə dostlarıyla birgə yemək yeyib, əylənib. Gecənin sonunda sənətçi jurnalistlərin suallarını cavablandırıb. “Vandakı zəlzələ üçün vanlılara kömək layihəsində iştirak edəcəksizmi” sualına, müğənninin “Zəlzələ məni maraqlandırmır” çəklində verdiyi cavab ətrafdakıları təəccübləndirib.

Mətbuat yazır ki, Konakın bu sözü niyə söylədiyini heç kim anlamayıb. Ancaq onun hərəkəti bütün Türkiyəni üzüb.

Aylin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!