31 Oktyabr, 2011
Şagird müəlliməni bıçaqladı

73 yaşlı qadın aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib

Rayon Polis Şöbəsindən (RPŞ) Simsar.az-ın şimal bürosuna verilən məlumata görə, Şabran şəhər sakini, 1995-ci il təvəllüdlü, 10-cu sinif şagırdi Şahverdiyev Elçin Nazim oğlu öz müəlliməsini, Şabran şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi - 8 ünvanında yaşayan 1938-ci il təvəllüdlü Cəbrayılova Şərqiyyə İbrahim qızını boyun nahiyəsindən bıçaqla yaralayıb. 

Zərərçəkmiş Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!