29 Oktyabr, 2011
TELEKANALLARA VERİLƏN 300 MİN MANAT NECƏ XƏRCLƏNSİN?

Nuşirəvan Məhərrəmli: “Müstəqil studiyaların inkişafında maraqlıyıq” 

“Telekanallara 300 min manat yardımın ayrılmasında məqsəd həm də müstəqil studiyaların inkişafına şərait yaratmaqdır. Milli filmlərin çəkilişində müstəqil studiyaların imkanlarından istifadə olunmasında maraqlıyıq. Ola bilsin ki, ilkin mərhələdə bu sahədə müəyyən problemlər meydana çıxsın”.

Bunu Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Simsar.az-ın əməkdaşının sualına cavab olaraq bildirib.

N.Məhərrəmli qeyd edib ki, qarşıdakı illərdə televiziyalara ayrılan vəsaitlərdən daha səmərəli istifadə olunması üçün müxtəlif tövsüyyələr, təkliflər olacaq.
Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!