29 Oktyabr, 2011
MƏRKƏZİ BANKIN BİNASI SÖKÜLÜR-EKSKLÜZİV

Metro qatarlarının tuneli üzərində tikilən bina böyük təhlükə yaradır

Son vaxtlar Bakıda sürətlə aparılan quruculuq-tikinti işləri həm də söküntülərlə müşahidə olunur. Köhnə tikililər sökülür, onların ərazisində müasir təlabatlara cavab verən infrastruktura qurulur.
Simsra.az saytına daxil olan məlumata görə, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi daha bir neçə məşhur binanın sökülməsinə qərar verəcək. Artıq belə binalardan biri “Azkomunallayihə” İnstitunun söküntü planına salınıb.
Əldə etdiyimiz məlumata görə, bu dəfə söküləcək tikili Rəşid Behbodov küçəsindəki Mərkəzi Bankın binası olacaq. Səbəb isə ondan ibarətdir ki, 28 may metrostansiyasına gələn və ordan gedən qatarlar tunelin üzərində tikilən binaya ciddi təhlükə yaradır. Mütəxəssilərin araşdırmasından məlum olub ki, bina tezliklə sökülməsə, dəhşətli faciə yaşana bilər.
Şənbə günü olduğundan məlumatı adıçəkilən qurumlarla dəqiqləşdirə bilmədik.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!