29 Oktyabr, 2011
Qışın vaxtı gəldi

1 saat çox yatacağıq

Azərbaycan oktyabrın 29-dan 30-na keçən gecə qış vaxtına keçir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Simsar.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 30 oktyabr 2011-ci il tarixində saat 5.00-da respublika ərazisində saatların əqrəbi 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.


Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!