28 Oktyabr, 2011
Sabir Rüstəmxanlı qloballaşmaya qarşı çıxdı

Millət vəkili Sabir Rüstəmxanlı ortaq türk dilinin yaradılması təklifi ilə çıxış edib.

Millət vəkili Sabir Rüstəmxanlı ortaq türk dilinin yaradılması təklifi ilə çıxış edib.

Simsar.az-ın məlumatına görə, Sabir Rüstəmxanlı bunu Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda çıxışında bildirib. 
Millət vəkili deyib ki, müasir dünyada türk dünyası bütün sahələrdə birgə mübarizə aparmalıdır: “Hazırda ortaq informasiya birliyinin olmaması türk dövlətlərində mövcud problemlərin işıqlandırılmasına mane olur. Yalnız TRT Avaz kanalı bu mənada müəyyən işlər görür”.

S. Rüstəmxanlı türkdilli dövlətlərin, toplumların ortaq dilinin yaradılmasının vacib olduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!