28 Oktyabr, 2011
“Telekanalların müstəqil prodakşınların imkanlarından yararlanmasında maraqlıyıq”

Nuşirəvan Məhərrəmli telekannala ayrılan 300 min manatın daha şəffaf xərclənməsi üçün təkliflər veriləcəyini bildirib

“Telekanallara 300 min manat yardımın ayrılmasında məqsəd həm də müstəqil prodakşınların inkişafıdır. Maraqlıyıq ki, yeni filmlərin çəkilişində müstəqil prodakşınların imkanlarından istifadə olunsun. Ola bilsin ki, ilkin mərhələdə bu sahədə müəyyən problemlər meydana çıxsın”.

Bunu Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Simsar.az-ın əməkdaşının uyğun sualına cavab olaraq bildirib.

N.Məhərrəmli qeyd edib ki, qarşıdakı illərdə televiziyalara ayrılan vəsaitlərdən daha səmərəli istifadə olunması üçün müxtəlif tövsüyyələr, təkliflər olacaq.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!