28 Oktyabr, 2011
Milli Orduda ölənlərin sayı 85-ə çatdı

Döyüş itkiləri 12, qeyri-döyüş itkiləri 72 nəfərdir

Təhlükəsizlik və müdafiə sektorunun 2011-ci ildə verdiyi itkilərin yeni statistikası açıqlanıb. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən Simsar.az saytına verilən məlumata görə, oktyabrın 28-dək təhlükəsizlik və müdafiə sektoru 84 itki verib. Döyüş itkiləri 12, qeyri-döyüş itkiləri 72 nəfərdir. Dünyasını dəyişənlərin 77-si Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub.

Son hadisə bu gün Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Taleh Teymur oğlu Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb.  

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!