28 Oktyabr, 2011
Türkdilli Ölkələrin və Toplumların II Media Forumu başladı

Əflatun Amaşov açılış edib

Simsar.az-ın verdiyi məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxış nitqindən sonra söz Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova verilib. Əli Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Foruma təbrikini oxuyub. Təbrikdə qeyd olunub ki, müştərək maraqlara uyğun olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər qurumlar yaradılıb. Rəsmi qurumlarla bərabər ziyalıların, QHT-lərin və media orqanlarının əməkdaşlığının əlaqələrin genişlənməsində böyük rolu var: “Media qurumlarının əməkdaşlığı böyük əhəmiyyətə malikdir. İnanıram ki, Türkdilli xalqların vahid informasiya məkanının formalaşmasında böyük rolu olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!