27 Oktyabr, 2011
Azərbaycan "Rus dili" günündə

Programın məqsədi dili qorumaqdır

APA-nın məlumatına görə, 31 oktyabr - 4 noyabr tarixlərində keçiriləcək tədbirin təşkilatçıları Moskvadakı “Ali iqtisadiyyat məktəbi” Milli Araşdırma Universiteti və MDB və Xaricdə Yaşayan Həmvətənlərlər İş üzrə Dövlət agentliyidir.

Tədbir Rusiya hökumətinin 2011-2015-ci illər üçün “Rus dili” federal proqramı çərçivəsində keçiriləcək. “Rus əlifbası günündə” rus dili və ədəbiyyatının tədrisi üzrə seminarlar, rus dili müəllimləri üçün master-klass, məktəblilər üçün “açıq dərslər”, sərgi və digər tədbirlər olacaq.

Proqramın məqsədi rus dilinin Rusiyadan kənarda yaşayan ruslar arasında qorunması və yayılmasıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!