27 Oktyabr, 2011
32 HƏKİM İMTAHANDAN KƏSİLDİ

254 həkimin 222-si uğurlu nəticə əldə etməyib

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 26-da fizioterapiya və tibbi bərpa və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 222 nəfəri uğurlu nəticə əldə edə bilib.
Növbəti test imtahanları noyabrın 2-də mamalıq-ginekologiya və nevrologiya ixtisasları üzrə keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!