27 Oktyabr, 2011
Dini işlər nazirindən Qəddafinin qətlinə sərt reaksiya

Mehmet Görməz: “Zalımları əxlaq çərçivəsində cəzalandırmağı bacarmayanlar məzlumların da
hüququnu qoruya bilməzlər”

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Diyanət İşləri Başçısı) rəhbəri Mehmet Görmez Qəddafinin işgəncə ilə öldürülməsinə etiraz edib.


“Zalımları, əxlaq və hüquq çərçivəsində cəzalandırmağı bacarmayan insanlar məzlumların
hüququnu da qoruya bilməz” deyən Mehmet Görməz əlavə edib ki, Qəddafinin öldürülmə forması və bunun ictimai mediada bütün dünyaya nümayişi müsəlmanlara yaraşmır: “Zalımları mühakimə etmənin də bir əxlaqı və hüququ var. Nə qədər zalım olursa-olsun bir insanı işgəncəylə vəhşicəsinə öldürmək, ədalətin yerinə gəlməsini təmin etməz. Əksinə ədaləti yaralar”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!