27 Oktyabr, 2011
Zəlzələ Vandakı azərbaycanlıların da evlərini dağıdıb

 Alaköy kənd sakinlər Azərbaycandan yardım istədi

Türkiyənin 4 gün öncə 7,2 ballı zəlzələyə məruz qalara dağımış Van vilayətində sakinləri azərbaycanlılar olan kənd var və o kəndin əhalisi daə təbii fəlakətdən ciddi zərər çəkib. Bu barədə musavat.com-a Milliyyətçi Hərəkat Partiyasının üzvü və Tüürkiyə Böyük Millət Məclisinin üzvü olan, kökəncə azərbaycanı Sinan Oğan məlumat verib. 


Hörmətli millət vəkilinin dediyinə görə, kəndin adı Alagöydür və buranın sakinləri ötən əsrin əvvəllərində Azərbaycandan köçərək Vanda məskunlaşıblar.



Sinan Oğan hesab edir ki, imkanlar çərçivəsində bütün ehtiyacı olan zərərçəkənlərə yardımcı olmak lazımdır və Türkiyə zəlzələdəfaciəyə və maddi ziyana məruz qalan bütün insanlara yardım göstərmək üçün səfərbər olub: "Buna rəğmən bəzi kəndlərin bir az gözdən uzaq qaldığı da görünür. Bunlardan biri də Alaköydür. Azerbaycan türklərininin məskunlaşdığı bu kəndin muxtarı Ragıp Çiçəklərlə danışdım. Bu kəndin sobalara, 80 çadıra, uşaq bezlərinə və yeməklrinə ehtiyacı var".

TBMM üzvü umur ki, AzƏrbaycan şirkətləri Alaköydə yaşayan həmvətənlərimizə dəstək göstərsin.

P.S. Biz sayın Sinan Oğanın bu haray səsini yazdı, duyurduq, əminik ki, FHN və digər dövlət strukturları elə bu güm orada, Vanda dar günə düşmüş soydaşlarımıza yardım əllərini uzadacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!