27 Oktyabr, 2011
Deyirlər, qar yağacaq

Ölkə ərazisində tempratur kəskin düşür

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, yağışın arabir kəsiləcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Simsar.az”a verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Yaxın günlərdə Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağışlı keçəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!