27 Oktyabr, 2011
Gəncədə toyuq dönəri satan bütün obyektlər bağlandı

Yoxlamalar nəticəsində məlum olub k belə satış obyektinin heç biri gigiyenik normalara cavab vermir

Son vaxtlar toyuq ətindən hazırlanmış dönərlərin yaratdığı zəhərlənmə hallarının qarşısını almaq məqsədilə Gəncədə ciddi tədbirlərə başlanılıb. Şəhər gigiyena və epidemiologiya mərkəzinin direktoru İlqar Əhmədovun verdiyi məlumata görə, aparılan yoxlamalar nəticəsində məlum olub ki, Gəncədə fəaliyyət göstərən 20-dən artıq belə satış obyektinin heç biri gigiyenik normalara cavab vermir. Yaranmış vəziyyət sahiblərinin nəzərinə çatdırıldıqdan sonra bütün satış obyektləri bağlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!