26 Oktyabr, 2011
Asim Mollazadə Kaliforniyada “Azərbaycan İrsi Günü”nü elan edib

Monterey şəhəri Lənkəranla qardaşlaşdı 

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Kaliforniyanın Monterey Şəhər Şurasında Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı tədbirdə iştirak edib.

Demokratik İslahatlar Partisanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Montereyin tarixi binalarının birində keçirilən mərasimdə şəhər meri Çak Della Sala Azərbaycanın Lənkəran şəhərinin Monterey ilə “Qardaşlaşmış Şəhərlər” münasibətlərinə qoşulduğu və iki şəhər arasında qurulmuş işçi münasibətlərin iki ölkənin münasibətlərinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Ç. Della Sala 18 oktyabr 2011-ci il tarixinin Montereyndə “Azərbaycan İrsi Günü” elan edilməsinə dair bəyannaməni Azərbaycan nümayəndə heyətinə verib.

Asim Mollazadə Azərbaycan üçün əhəmiyyətli olan bir gündə Monterey Şəhər Şurası tərəfindən təşkil edilmiş ziyafətə görə, şəhər merinə, şəhər şurasının üzvü və Lənkəranla qardaşlaşmış münasibətlərin qurulmasında təşəbbüskar olmuş xanım Nensi Selfricə və digər şəhər şurası üzvlərinə təşəkkür edib. Millət vəkili tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, ABŞ və Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri barədə məlumat verib. Azərbaycanın bu münasiətləri həm hökumətlər, həm ştat, həmçinin şəhərlər səviyyəsində inkişaf etdirilməsində və ölkə xalqları arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığın artırılmasında maraqlı olduğunu bildirib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!