26 Oktyabr, 2011
HPV virusu ürək xəstəliyini artırır

Bu xəstəliyə yoluxanlar daha tez iflic olurlar

ABŞ Texas Universitetində edilən bir araşdırmada HPV virusu daşıyan qadınların ürək böhranı və ya iflic riskinin digərlərinə nisbətən 2 dəfə çox olduğu məlum olub.

Son illərdə dünyanın qorxulu yuxusu halına gələn və rəhm xərçənginə də səbəb olan HPV virusu eyni zamanda digər ürək xəstəliklərinə də tutulma ehtimalını da artırır.

HPV peyvəndinin insanı rəhm xərçəngindən qoruyur. HPV peyvəndi human papilloma virusunun iki növünə qarşı yüzdə 70 nisbətində qoruma təmin edir.

Yaşları 20 ilə 59 arasında dəyişən 2500 qadın üzərində 2003-2006 illərində edilən araşdırma da bunu təsdiqləyir.

Araşdırma qrupunun başında olan Dr. Ken Fujise HPV ilə ürək xəstəlikləri arasında zəif də olsa bağlılıq olduğunu deyib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!