26 Oktyabr, 2011
Yağış Bakıda tıxac yaratdı

Yol polisləri vəziyyətə nəzarat etməyə çalışır

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov çərşənbə günü Simsar.az-a bildirib ki, hazırda Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən Rəşid Behbudov küçəsinə, Bülbül prospektindən 28 May və Zərifə Əliyeva küçələrinə, Azadlıq prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsindən Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə, Bakıxanov küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsindən Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə qədər avtomobillərin sıx cərgələnməsi müşahidə olunur.

Həmçinin Cəfər Cabbarlı küçəsində "Azad qadın" heykəlindən "5 mərtəbə" dairəsinə qədər və əks istiqamətə, Zərifə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsindən Bakıxanov küçəsinə qədər, Zərifə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən Rəsul Rza küçəsinə və Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən Azneft meydanına qədər tıxac yaranıb.

Zeynalov bildirib ki, nəqliyyatın hərəkətini tənzimləmək üçün həmin ərazilərə yol post patrul xidməti əməkdaşları cəlb olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!