26 Oktyabr, 2011
"Azadlıq"ın baş redaktoru ölkəni tərk etmədi

Qənimət Zahid Azərbycandadı

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid ölkəyə qayıdıb. Dünən gecə saatlarında Azərbaycana qayıdan baş redaktor bu gündən iş başında olacaq.

 Xatırladaq ki, Q.Zahid peşə fəaliyyətinə görə ailəsinin hədəfə çevrilməsindən narahat olaraq onları Fransaya aparmışdı. Bu baxımdan özü də bir müddət orada qalmalı olmuşdu.

Onun gedişi mətbuatda birmənalı qarşılanmırdı. Bəzi mətbu orqanlar Q.Zahidin ölkəni həmişəlik tərk etdiyini yazırdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!