25 Oktyabr, 2011
MSK bülletenlərin formasını təsdiq etdi

İclasda 1 saylı Şərur – Sədərək, 19 saylı Nərimanov birinci və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklilər edilib


Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iclasda əvvəlcə Komissiyanın 14 oktyabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilib.


Sonra MSK-nın katibi Arifə Muxtarova seçki bülletenlərinin Azərbaycan Respublikasında bəzi bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bületenlərinin mətninin, sayının hazırlanmasına aid tələblərin təsdiqinə dair məsələ barədə məlumat verib.

MSK bülletenlərin formasını təsdiq edərək qərara alıb ki, 2011-ci il oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 1. 191. 541 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

İclasda 1 saylı Şərur – Sədərək, 19 saylı Nərimanov birinci və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklilər edilib.


RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!