25 Oktyabr, 2011
Xəzər dənizində seysmoloji stansiya quraşdırılacaq

Azərbaycan ərazisində müşahidə olunan təkanların episentrlərinin xəritəsi hazırlanıb

“2011-ci ilin ilk 9 ayında Azərbaycan ərazisində müşahidə olunan təkanların episentrlərinin xəritəsini hazırlamışıq. Xəritədən aydın olduğu kimi seysmik aktiv zonada Naxçıvan yerləşir. Ona görə də bu ayın sonunda Naxçıvanda seysmoloji mərkəz quraşdırılacaq. Gələn ilin əvvəlinə daha 4 seysmoloji stansiyanın istifadə verilməsi planlaşdırılıb”. Lent.az-ın məlumatına görə, bunu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Q.Yetirmişli deyib ki, Azərbaycanda ilk dəfə olaraq dəniz dibində zəlzələ ocaqlarının təyin edilməsi üçün seysmoloji stansiya tikiləcək: “Bu ona görə mühümdür ki, dənizdə çalışan neftçilər var və seysmik aktivləşmə başlayan zaman bu ilk olaraq dəniz dibində hiss olunur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!