25 Oktyabr, 2011
Nəqliyyat dekabrdan sonra ağılla idarə olunacaq

Bakıya daha 700 taksi gətiriləcək

Bu ilin sonunadək Azərbaycan paytaxtına daha 700 taksi avtomobili gətiriləcək. Simsar.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, cari ilk 9 ayında «London-Taksi» şirkəti tərəfindən Bakıya 300 yeni taksi avtomobili gətirilərək istismara verilib və ilin sonunadək daha 700 taksi gətiriləcək. Bu il həmçinin Quba, Xaçmaz və Tərtər şəhərlərində yeni avtovağzallar istismara verilib.

Nazir bildirib ki, Bakı şəhərində Nəqliyyatın İntellektual İdarə Edilməsi Sisteminin inzibati binasının tikintisi başa çatdırılıb, sistemin əhatə dairəsində sahə avadanlıqları və intellektual idarəetmə mərkəzində informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması yekunlaşıb: «Sistemin dekabr ayında istismara verilməsi planlaşdırılır».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!