25 Oktyabr, 2011
AFFA rəsmiləri Afinaya getdi

UEFA bizimkilərə dərs keçəcək

Oktyabrın 26-da və 27-də Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə "Media təlimi və mətbuatın gələcək inkişafı" mövzusunda seminar keçiriləcək. Simsar.az xəbər verir ki, seminarda iştirak etmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Media və Kommunikasiya üzrə mütəxəssisi Aidə Əliyeva Afinaya yollanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!