25 Oktyabr, 2011
Türkiyə 50 tankla İraqda

Oktyabrın 24-də Türkiyə ordusunun tankları İraqa daxil olub.

Simsar.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, tanklar PKK terror təşkilatının Şimali İraqdakı Haftanin düşərgəsinə girib. 

Düşərgədən qaçan 400 terrorçu cənubdan və şimaldan mühasirəyə alınıb. 20 tank və 30 zirehli maşın Haftanin düşərgəsinə daxil olub, eyni zamanda Şimali İraqda Bamernidə yerləşən Türkiyə hərbi bazasının tankları da əks istiqamətdən hücum edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!