25 Oktyabr, 2011
Qəddafi bu gün dəfn olunur

Liviyanın qətlə yetirilmiş devrilmiş lideri Müəmmər Qəddafi bu gün dəfn olunacaq.

Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Liviya Milli Keçid Şurası Müəmmər Qəddafinin çöllük ərazidə, məxfi yerdə dəfn olunacağını bildirib. 
Müəmmər Qəddafi islam qaydalarına uyğun dəfn ediləcək, bununla bağlı sadə mərasim olacaq. Müəmmər Qəddafi ilə birlikdə Mutasim Qəddafi də dəfn ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!