24 Oktyabr, 2011
Sabah yağış yağacaq

Yaxın 3 gün ərzində hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.
Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!