24 Oktyabr, 2011
İkinci azərbaycanlı zəvvar qrupu bu gün yola düşdü

Zəvvarlar bu il Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edirlər

Azərbaycanlı zəvvarların ikinci qrupu bu gün Həcc ziyarətinə yola düşüb. İkinci karvanda 26 avtobus olub. Avtobuslar Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşüb.

Həcc ziyarətinə təyyarə ilə gedəcək zəvvarlar isə oktyabrın 28-31 – də yola düşəcəklər.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, keçən il olduğu kimi 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Xatırladaq ki, bu il Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik də edilib. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!