22 Oktyabr, 2011
PKK terror təşkilatının üç rəhbər şəxsi öldürüldü

Öldürülənlər arasında Türkiyənin sabiq əmək və sosial müdafiə naziri Ziya Halisin qardaşı oğlu da var

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda terrorçu düşərgələrini bombardman etməsi nəticəsində PKK terror təşkilatının rəhbərliyində təmsil olunan üç nəfər ölüb. APA-nın məlumatına görə, terror təşkilatına yaxın olan internet saytlarından biri bombardmanlarda ölənlər arasında PKK-nın Hakkari bölgəsi üzrə məsul şəxsi Yücel Halisin olduğunu yazıb. Sayt Hakurk və Hinere bölgəsində bombardmanlarda terror təşkilatının rəhbərlərindən “Cudi” ləqəbli Rüstəm Osman, “Çiçek Kıçi” ləqəbli Guhar Çekirge, “Alişer Koçgiri” ləqəbli Yücel Halis də daxil olmaqla 7 terrorçunun öldüyünün bildirir.

Qeyd edək ki, PKK-nın Hakkari bölgəsi üzrə məsul şəxsi olan Yücel Halis Türkiyənin sabiq əmək və sosial müdafiə naziri Ziya Halisin qardaşı oğludur. Hakkarinin Dağlıca qəsəbəsində 12 əsgərin öldürüldüyü, 8 əsgərin qaçırıldığı hadisənin Ziya Haliç tərəfindən həyata keçirildiyi bildirilir. Əsir götürülən türk əsgərlərini Şimali İraqa gedən DTP millət vəkillərinə məhz Yücel Halis təhvil verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!