22 Oktyabr, 2011
Bakıda daha iki avtomobil yolu bağlanır

Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti bir ay müddətində tam məhdudlaşdırılacaq

Bu gün Bakıda daha iki avtomobil yolu müvəqqəti bağlanacaq. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, mərkəzi kanalizasiya kollektorunun çəkilişi ilə əlaqədar bu gün saat 22:00-dan Həsən Əliyev və Səməd Vurğun küçələrinin yolayrıcında avtomobillərin hərəkəti oktyabrın 24-dək tam məhdudlaşdırılacaq.
Oktyabrın 22-dən Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində körpü tikintisi ilə əlaqədar hər iki istiqamətdə nəqliyyatın hərəkəti bir ay müddətində tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, oktyabrın 18-dən təmir işlərinin aparılması ilə əlaqədar Mətbuat prospekti də bağlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!