21 Oktyabr, 2011
Bakının iki böyük küçəsi 1 aylıq bağlanacaq

Azərbaycan paytaxtında aparılan körpü tikintisi ilə əlaqədar iki böyük küçə 1 ay müddətinə bağlı olacaq.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsinin inspektoru Razi Zeynalovun Simsar.az-a verdiyi məlumata görə, Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində körpü tikintisi ilə əlaqədar hər iki istiqamətdə nəqliyyatın hərəkəti bir ay müddətində məhdudlaşdırılacaq.

Həmçinin Mətbuat prospekti, Həsən Əliyev və Səməd Vurğun küçələrində aparılan tikinti-qazıntı işləri ilə əlaqədar yol bağlı olacaq.

Əhalidən nativ yollardan istifadə etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!