21 Oktyabr, 2011
Aqil Abbas kaskadyorun ayağını sındırdı

Millət vəkili Əli Məmmədovu başqası ilə əvəz edəcək

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xeyli vaxtdır yazıçı, millət vəkili Aqil Abbasın “Dolu” romanı əsasında bədii filmin çəkilişlərini həyata keçirir. Oxucular və ədəbi ictimaiyyət arasında böyük əks-səda doğuran əsərdə söhbət Qarabağ müharibəsindən gedir.

Bu gün Ağdamda çəkiliş zamanı arzuolunmaz hadisə baş verib.

Aqil Abbas Modern.az saytına verdiyi açıqlamada deyib ki, Ağdamın Quzanlı qəsəbəsində epizodlardan birinin çəkilişi zamanı filmin baş kaskadyoru Əli Məmmədovun qıçı qırılıb. Buna baxmayaraq millət vəkili filmin çəkilişlərinin dayanmayacağını bildirib. O, Əli Məmmədovu əvəz edəcək başqa kaskadyorun artıq tapıldığını vurğulayıb.

Aqil Abbas eyni zamanda “Dolu” filminin çəkilişlərinin başa çatmaq üzərə olduğunu qeyd edib. Onun sözlərinə görə, film 2012-ci ilin fevralında ictimaiyyətə təqdim olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!