21 Oktyabr, 2011
Ombudsmanı şagirdlərə cismani cəza verildiyini dedi

“Azərbaycandakı orta məktəblərdə şagirdlərə qarşı cismani cəzalar tək-tək də olsa, var”.

Simsar.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova bildirib. O, bir müddət əvvəl orta məktəblərdən birində şagirdin ağzına müəllim tərəfindən şəffaf lent yapışdırılması hadisəsi baş verərkən həmin məktəbin direktoru ilə görüşdüyünü, vəziyyətlə yerində tanış olduğunu deyib. 
Ombudsman ailələrdə də zorakılıq hallarının baş verdiyini, hətta ölüm faktının qeydə alındığını bildirib: “Bir dəfə küçədə dörd yaşlı uşağa qarşı zorakılığın şahidi oldum, gözlərim yaşardı”.

E. Süleymanova uşaqlara qarşı məktəbdə, yaxud digər yerlərdə zorakılıq halları olarsa, Ombudsman Aparatının “916” saylı “Qaynar xətt” telefon nömrəsinə zəng vurulmasını tövsiyə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!