21 Oktyabr, 2011
Metyu Brayza: "Dağlıq Qarabağla bağlı “status kvo” qəbul olunmazdır"

ABŞ səfiri ölkəsinin münaqişə ilə bağlı mövqeyini açıqlayıb

“Rəsmi Vaşinqton hesab edir ki, Dağlq Qarabağ münaqişəsi ilə bağlı baza prinsiplərinin razılaşdırılmasını yekunlaşdırmaq, dərhal böyük sazişə keçmək lazımdır”. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Baryza bildirib ki, “status kvo” da qəbul olunmazdır. Buna görə də danışıqları sürətləndirmək, səyləri gücləndirmək vacibdir.

Onun sözlərinə görə. Gələn həftə həmsədrlər regiona gələcəklər və baza prinsipləri ilə yanaşı hər iki tərəfi narahat edən xüsusi ilə Azərbaycanı maraqlandran və Kazanda qeyd olunan məsələləri müzakirə edəcəklər. “Bu prosesi irəli aparmaq üçün ABŞ aktiv rol oynamağa çalışır. Bu dövlət katibi Klintonun prezident İlham Əliyevə zəng vurmasında, onun muavini Börnsin Azərbaycana səfərində özünü göstərir. Bizim mövqeyimiz dövlət başçısı və xarici işlər naziri ilə görüşlərdə qeyd elədimiz kimi baza prinsiplərini razılaşdırmaq və yekun sülh müqaviləsinin müzakirəsinə dərhal keçməkdir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!