21 Oktyabr, 2011
UEFA türkləri hədələdi

"Trabzonspor"a sanksiya tələb olundu

Buna səbəb isə ÇL-in qrup mərhələsinin II turu çərçivəsində "Lill"lə (Fransa) keçirilən oyunda "Trabzonspor"lu azarkeşlərin meydana daxil olmasıdır.

Bu məsələ ilə bağlı kluba xəbərdarlıq məktub göndərən qitə futbol qurumu belə halın bir daha təkrarlanacağı təqdirdə komandaya ciddi sanksiya tətbiq edəcəyini bildirib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan "Trabzonspor" - "Lill" matçında yerli azarkeşlər meydana daxil olaraq, oyunun gedişinə mane olmuşdular.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!