21 Oktyabr, 2011
Medvedev Qarabağdan nikbin danışdı

Görüşdən görüşə müəyyən irəliləyişlər olur

Simsar.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya gəncləri ilə görüşdə Dmitri Medevdev deyib ki, hər ki xalq razılığın əldə olunmasına can atmalıdır. 

Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin Avropada dondurulmuş çoxsaylı münaqişələrdən biri olduğunu və həllinin mümkün olduğunu bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri müntəzəm görüşlərlə bağlı təəssüratlarını açıqlayan Dmitri Medvedev hər iki dövlət başçısının masa arxasında oturarkən yaxşı dialoq apardıqlarını söyləyib: “Münaqişənin həlli hər iki xalqın və prezidentlərin xoş iradəsindən asılıdır. Görüşdən görüşə müəyyən irəliləyişlər əldə olunur və kompromisə yaxınlaşırlar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!