21 Oktyabr, 2011
Qəddafi üçün ağlayan prezident

Venesuela prezidenti Uqo Çaves Liviyanın qətlə yetirilən rəhbəri Müəmmər Qəddafini böyük döyüşçü, inqilabçı və şəhid kimi xatırlayacağını bildirib.

Simsar.az-ın Venesuelanın “Globovision” telekanalına istinadən verdiyi məlumata görə, kilsəyə dini ayin icra etməyə gələn Uqo Çaves jurnalistlərə açıqlamasında deyib ki, Müəmmər Qəddafinin öldürülməsində ABŞ, NATO və onların müttəfiqləri günahkardırlar və bu, beynəlxalq hüququn növbəti dəfə pozulmasıdır. 

Uqo Çaves hesab edir ki, Müəmmər Qəddafi ölsə də, Liviya xalqının xarici müdaxiləyə qarşı müqaviməti dayanmayacaq: “Mən Allaha dua edirəm ki, Venesuela və bütün Latın Amerikasına sülh bəxş etsin, biz qitəmizi müharibə, müdaxilə və çevrilişlərdən qoruyaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!