21 Oktyabr, 2011
Azərbaycanlı dünya çempionu oldu

Ayxan Mamayev karete üzrə ən yüksək pilləyə qalxıb

Malaziyanin Melaka şəhərində gənclər və yeniyetmələr arasında karate üzrə 7-ci dünya çempionatı keçirilib.

Azerisport.az xəbər verir ki, bu mötəbər yarışda Azərbaycan milli yığma komandası da iştirak edib.

Bu yarışda 18-20 yaş kateqoriyasında Ayxan Mamayev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan Mamayev 78 kq çəki dərəcəsində mübarizə aparıb. Məşqçi Şahin Xudaverdiyevin yetirməsi bu mundialda 6 döyüş keçirib və 51 idmançı arasında ən güclü olub.

Gənclər və yeniyetmələr arasında 7-ci dünya çempionatında 81 ölkədən 1215 karateçi iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!