21 Oktyabr, 2011
Barak Obama Azərbaycan xalqını təbrik etdi

“Qazanılan uğurlar Azərbaycan xalqı və onun iradəsi üçün böyük gələcək nümayiş etdirir”

ABŞ prezidenti Barak Obama Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibəti ilə təbrik edib.

“Amerika xalqının adından Azərbaycanda, ABŞ-da və dünyanın hər yerində Azərbaycanın müstəqillik gününü bayram edən hər bir kəsə ən yaxşı arzular diləyirəm. 20 il müstəqillik və Azərbaycanın bu müddət ərzində qazandığı uğurlar Azərbaycan xalqı və onun iradəsi üçün böyük gələcək nümayiş etdirir”, - deyə Ağ ev tərəfindən yayılmış bəyanatda bildirilir.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, onun xalqı Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlıq imkanlarını genişləndirməyə can atır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!