21 Oktyabr, 2011
QƏDDAFİNİN MEYİDİNİ SÜRÜDÜLƏR-FOTO

Qəddafinin cəsədi təhqir edildi

Simsar.az-ın məlumatına görə, “Əl-Cəzirə” telekanalı silahlıların onun qan axan cəsədini küçələrdə sürümələrini nümayiş etdirib. Kadrlarda görünür ki, polkovnik başından güllə ilə vurulub, sifəti qan içindədir.

Qəddafi ilə bağlı bu gün yayılan ilk kadrlarda onun hələ sağ olduğu görünür. Son kadrlarda isə onun meyiti nümayiş etdirilir. Bundan əlavə, ilk kadrlarda polkovnik geyimdə olub. Son kadrlarda isə onun çılpaq soyundurulduğu görünür.

Qeyd edək ki, bundan əvvəl Qədafinin cəsədinin Misrata şəhərinə aparıldığı iddia edilirdi. Son kadrlar polkovnikin əsir götürüləndən sonra güllələnərək öldürüldüyü ehtimalını artırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!