21 Oktyabr, 2011
Mobil telefon xidmətindən 551,8 milyon manat əldə olunub

İlin 9 ayında informasiya və rabitə müəssisələri 883.1 milyon manatlıq xidmət göstərib

İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 883.1 milyon manatlıq xidmət göstəriblər. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bu, ötən ildəkindən müqayisəli qiymətlərlə 11.0 faiz çoxdur.

Xidmətlərin 73 faizi bilavasitə əhaliyə göstərilib, mobil telefon xidmətindən əldə olunmuş gəlir 3.4 faiz artaraq 551.8 milyon manata çatıb və bütün gəlirlərin 62.5 faizini təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!