20 Oktyabr, 2011
Kəmaləddin Heydərovun İspaniyadan qonağı olub

Nazir rəhbərlik etdiyi qurum barədə məlumat verib

Simsar.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazir, general-polkovnik K.Heydərov nazirlik və onun tabeliyində olan qurumlar və onların fəaliyyəti haqqında ümumi məlumat verib, həmçinin, yarandığı tarixdən etibarən FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb.

Azərbaycanla İspaniya Krallığı arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edən Alfredo Bonet Baigetin bu əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!