20 Oktyabr, 2011
Məktəblərdə monitorinqə start verildi

Davamiyyət 95 faizdən yuxarıdır

Simsar.az-ın məlumatına görə, ilk reydlər Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə keçirilib. Jurnalistlərin iştirakı ilə hər üç məktəbin müxtəlif siniflərində keçirilən monitorinq zamanı məlum olub ki, məktəblərdə davamiyyət 95 faizdən yuxarıdır. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib ki, reydlər təhsil naziri Misir Mərdanovun tapşırığına uyğun olaraq keçirilir və ilin sonunadək davam etdiriləcək: “Reydlər həftədə bir dəfə və hər dəfə Bakının bir rayonunda keçiriləcək. Reydlər keçirən zaman müəssisə rəhbərlərinə əvvəlcədən heç bir xəbərdarlıq edilmir. Bütün monitorinqlər jurnalistlərin iştirakı ilə keçiriləcək. Reyd üçün məktəblər media mənsublarının istəklərinə uyğun olaraq seçiləcək”.

B. Hüseynzadənin sözlərinə görə, reydlər məktəblərdə davamiyyətin və nizam-intizamın daha da gücləndirilməsinə səbəb olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!