20 Oktyabr, 2011
Rza İbadova qarşı axtarış elan olunub

Məsələdə İqbal Ağazadənin də adı hallanıb

Dünən Ümid Partiyasının sədri, deutat İqbal Ağazadənin axtarışa verildiyi barədə məlumat yayılıb. Mətbuatın İ.Ağazadəyə istinadən yaydığı xəbərdə deyilirdi ki, dünən Nəsimi Rayon Polis İdarəsindən deputat haqda axtarış qərarı olduğunu bildiriblər. İ.Ağazadənin sözlərinə görə, o, 28 manat borclu olduğu üçün axtarışa verilib: “Amma bu 28 manatı kimə borcluyam, bundan xəbərim yoxdur”. 

Məsələ ilə bağlı Nəsimi RPİ ilə əlaqə saxlasaq da hər hansı açıqlama verilmədi. DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da məsələdən xəbərsiz olduğunu bildirdi. İ.Ağazadə ilə isə yalnız iş gününün sonlarında əlaqə saxlaya bildik. Bildirdi ki, sonradan məlumatın yanlış olaraq yayıldığı üzə çıxıb: “Polis bu barədə vesti.az saytına məlumat verib. Ancaq aydınlaşdırandan sonra məlum oldu ki, barəsində axtarış verilən şəxs Rza İbadov imiş, mən yox”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!