19 Oktyabr, 2011
Emin Ağalarov möhtəşəm mükafatın bir addımlığında

Müğənni "Gremmy" ala bilər

Simsar.az-ın məlumatına görə, bu barədə xəbər Emin Ağalarovun internet saytında qeyd olunub. 

E. Ağalarovun namizədliyi bu mükafata “Ən yaxşı debüt” nominasiyası üzrə irəli sürülüb. Azərbaycanlı müğənninin bu mükafata namizədliyi isə Amerikanın tanınmış kinorejissoru və musiqiçisi Devid Linç tərəfindən təklif olunub.

Qeyd edək ki, Emin Ağalarov bu mükafata layiq görülsə, Azərbaycan tarixində bu, bir ilk olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!