19 Oktyabr, 2011
Leysan xəbərdarlığı

Temperatur düşür

Azərbaycanda oktyabrın 20-21-də temperaturun 4-6 dərəcə aşağı düşəcəyi və qeyri-sabit hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədovanın Simsar.az-a verdiyi məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın buludlu keçəcəyi, gecə və səhər qısa müddətli yağış yağacağı, şimal-qərb küləyinin arabir mülayimləşəcəyi gözlənilir. Temperatur göstəricilərinə gəldikdə, paytaxtda gündüz 15-18, gecə 10-14 dərəcə təşkil edəcək.


Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən, buludlu keçəcəyi, əsasən yağmursuz olacağı proqnozlaşdırılıb. Gecə 10-14, gündüz 15-20 dərəcə temperatur müşahidə olunacaq.

Bölgələrdə oktyabrın 20-də yağış yağacağı, bəzi bölgələrdə leysan olacağı proqnozlaşdırılıb. Gündüz güclü qərb küləyi əsəcək. Temperatur Mərkəzi Aranda gündüz 16-21, gecə 5-10, dağlarda 5-10, gündüz 10-15 dərəcə təşkil edəcək. Oktyabrın 21-də gündüz qərb rayonlarında yağışın tədricən kəsiləcəyi proqnozlaşdırılıb. Temperatur göstəricilərinin eyni olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!