19 Oktyabr, 2011
Sabah Zərdab və Xaçmazda qaz olmayacaq

Hər iki rayonun qaz təchizatı dayandırılacaq

Sabah Zərdab və Xaçmaz rayonlarında qaz təchizatı dayandırılacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 19-da “Zərdab” Qaz Paylayıcı Stansiyasında aparılan təmir bərpa işləri ilə əlaqədar saat 9:00-dan 18:00-dək kəmərdə qaz təchizatı dayandırılacaq.

Təmir işləri zamanı Zərdab şəhəri və Qaravəlli kəndində qaz təchizatında məhdudiyyətlər olacaq.

Elə həmin gün saat 10:00-dan 17:00-dək “Xaçmaz” Qaz Paylayıcı Stansiyasından qidalanan qaz kəmərində də təmir bərpa işləri aparılacaq. Təmir zamanı Xaçmaz şəhəri və kənd yaşayış məntəqələrində (Xudat və Yalama istisna olmaqla ) qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!