18 Oktyabr, 2011
Belçikada Sabirə heykəl qoyulacaq

Razılıq əldə edilib

Milli Məclisin deputatı Elxan Süleymanov M.Ə.Sabirin anadan olmasının 150 illik yubleyi münasibətilə Belçikada böyük satirik şairə heykəl ucaldılması üçün qarşı tərəflə razılıq əldə edildiyini bildirib.

Simsar.az-ın məlumatına görə, o, bu günlərdə heykəlinin təməlqoyma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedəcək. Abidənin gələn ilin mayında - böyük şairin 150 illik yubileyi ərəfəsində açılışı olacaq.

Bildirək ki, E.Süleymanovun təşəbbüsü və şəxsi yardımı hesabına Şamaxıda Ə.Xaqaninin büstü və S.Ə.Şirvaninin qəbrüstü abidəsi yenidən qurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!