18 Oktyabr, 2011
Yeni poçt şöbələri açıldı

Binalar avadanlıqlarla təmin olunub

18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt “ MMC tərəfindən regionlarda yeni tikilmiş obyektlər istifadəyə verilir.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində, Göygöl rayonu Hacıməlik və Mollacəlilli, habelə Tərtər rayonu İrəvanlı və Evoğlu kəndlərində poçt şöbələrinin yeni tikilmiş binalarının aşılısı keçirilir.
Müasir üslubda tikilən yeni binalar lazımı texniki avadanlıqlarla və mebellə təmin olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!