18 Oktyabr, 2011
Mövlud Çavuşoğlu gedir

AŞPA-nın sədri dəyişir

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatır. AzərTAc-ın məlumatına görə, onu Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O, 2012-2014-cü illərdə AŞPA sədri olacaq.

Mövlud Çavuşoğlu AŞPA sədri vəzifəsinə 2010-cu il yanvarın 25-də seçilib. O, 1968-ci il fevralın 5-də Alanyada anadan olub. Ankara Universitetini bitirib. ABŞ-da magistr, Böyük Britaniyada doktorluq dərəcəsi alıb. Hakim Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!